DTX əməliyyat keçirdi, 4 gömrük əməkdaşı saxlanıldı

Qızıl-zinət əşyası keçirməkdə günahlandırılan Amur Məcidov barəsində həbs-qətimkan tədbiri seçilib

Source:

foto DTX
foto DTX
foto DTX
foto DTX


Qızıl-zinət əşyası keçirməkdə günahlandırılan Amur Məcidov barəsində həbs-qətimkan tədbiri seçilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib.

“Report”un xəbərinə görə, əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməkdə günahlandırılan Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə (kiçik Həcc) ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib.

A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub.

Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb.

A.Məcidov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub.

İstintaq tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərDTX əməliyyat keçirdi, 4 gömrük əməkdaşı saxlanıldı