DSX: Laçında iki hərbi qulluqçu vəfat edib

Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat edib.

Foto: DSX


Onların qəzada vəfat etdiyi bildirilir

İyunun 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Bu barədə DSX-nin Mətbuat xidmətindən Meydan TV-yə məlumat verilib.

Bildirilir ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirib və yol kənarındakı dərəyə düşüb.

"Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat edib", – məlumatda bildirilir.

DSX-dən onu da bildiriblər ki, faktla bağlı araşdırmalar aparılır.

Ana səhifəSosialDSX: Laçında iki hərbi qulluqçu vəfat edib