DSX: Füzulidə sərhədi pozan Rusiya vətəndaşı saxlanılıb

690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub”.

Source: https://www.dsx.gov.az/


"Saxlanılanlardan biri Hacıqabul sakinidir"

Avqustun 1-də Füzuli rayonunun Bala Bəhmənli kəndində Dövlət Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməliyyatı nəticəsində Rusiya vətəndaşı və Hacıqabul rayon sakini saxlanılıb.

Məlumatı Dövlət Sərhəd Xidməti

yayıb

.

Bildirilib ki, sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağlamanı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıb: "Avtomobil sürücüsünün Moskva şəhər sakini, 1977-ci il təvəllüdlü Hüseyn Vəliyev və sərnişinin Hacıqabul şəhər sakini, 1976-cı il təvəllüdlü Teymur Məmiyev olmaları müəyyənləşdirilib. Onların götürdükləri bağlamalara keçirilmiş baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub".

Fakt üzrə əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi qeyd olunub.

Ana səhifəSosialDSX: Füzulidə sərhədi pozan Rusiya vətəndaşı saxlanılıb