DSX: Dövlət sərhədi pozulub, sərhədçilər yaralanıb

Məlumata görə, sərhəd zastavasının xidməti ərazisində 2 naməlum şəxs dövlət sərhədini pozub

Source: Foto: DSX

Sərhəd pozucularından biri zərərsizləşdirilib

Noyabrın 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında sərhədçilərin yaralandığı bildirilir.

Bu barədə

Dövlət Sərhəd Xidməti

(DSX) məlumat yayıb.

Məlumata görə, sərhəd zastavasının xidməti ərazisində 2 naməlum şəxs dövlət sərhədini pozub. Sərhədçilər havaya xəbərdarlıq atəşi açsa da, sərhəd pozucuları əmrə tabe olmayıb. Onlar sərhədçilərə qarşı atəş açaraq onları yaralayıblar.

Bildirilir ki, əmrə tabe olmayan sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri isə İran İslam Respublikası ərazisinə qaçıb:

“Hadisə yerində 1 ədəd polietilen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub. İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun qonşu ölkənin vətəndaşı olması müəyyən edilib”.

Bu, il ərzində ilk hadisə deyil.

İyulun 31-də

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanıb.


Oktyabrın 2-də

isə Beyləqan ərazisindən sərhədi pozan 3 nəfər öldürülüb.

Ana səhifəSiyasətDSX: Dövlət sərhədi pozulub, sərhədçilər yaralanıb