Öldürülən Tural Əmirovun üzərindən tapılanlar

Mənbə: Foto: DSX

Başlıq: Öldürülən Tural Əmirovun üzərindən tapılanlar

DSX: Biləsuvarda sərhəd pozucusu öldürülüb

Məqalə yeniləndi:  4 Noyabr 2019

“Şəxsin üzərindən 12 kq 340 qram narkotik tapılıb”

Biləsuvarda sərhədi pozan Azərbaycan vətəndaşı sərhədçilər tərəfindən öldürülüb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında deyilir.

Məlumata görə, noyabrın 3-də saat 04:50 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində naryad tərəfindən 1 nəfər naməlum şəxs dövlət sərhədini pozub.

“Sərhədçilər “Dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açsalar da, naməlum şəxs üzərindəki çantanı ataraq İran İslam Respublikası istiqamətində qaçmağa cəhd göstərib. Sərhədçilər qanuna müvafiq olaraq silah tətbiq ediblər və nəticədə sərhəd pozucusu aldığı güllə yarasından ölüb”, - məlumatda deyilir.

DSX bildirib ki, sərhəd pozucusu Cəlilabad rayon sakini 1994-cü il təvəllüdlü Tural Əmirovdur. Müəyyən edilib ki, o, oktyabr 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İrana gedib.

Məlumata görə, əraziyə baxış zamanı ölən şəxsin üzərindən 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ narkotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aşkar olunub.

DSX bildirib ki, hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşılayan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avtomobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Elgün Həsənov və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Orxan Nəsirzadə şübhəli şəxs qismində saxlanılıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6tjahg

Ən çox baxılan