narkotika və digər əşyalar

Mənbə: Foto: DSX

Başlıq: narkotika və digər əşyalar

DSX: 15 kiloqramdan artıq narkotik vasitə keçirilməsinin qarşısı alınıb

''Sərhəd pozucuları İrana qaçıblar''

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının aprelin 11-də Astara rayonunda qaçaqmalçılara qarşı keçirdiyi əməliyyat nəticəsində 15 kq 815 qr olan narkotik vasitə aşkar olunub.

Bu barədə DSX-nin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsin izinə düşüblər:

“Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə cihazı aşkar olunaraq götürülüb”.

DSX qeyd edib ki, fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fevral-mart aylarında DSX dəfələrlə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik daşınması cəhdləri ilə bağlı məlumatlar yayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t8xc89

Ən çox baxılan