''Sərhəd pozucuları İrana qaçıblar''
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının aprelin 11-də Astara rayonunda qaçaqmalçılara qarşı keçirdiyi əməliyyat nəticəsində 15 kq 815 qr olan narkotik vasitə aşkar olunub.
Bu barədə
DSX
-nin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsin izinə düşüblər:
“Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə cihazı aşkar olunaraq götürülüb”.
DSX qeyd edib ki, fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Fevral-mart
aylarında DSX dəfələrlə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik daşınması cəhdləri ilə bağlı məlumatlar yayıb.