DSMF sədri Elman Mehdiyev: Pensiya yaşı 65-dək qaldırıla bilər

“Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda onun daxilolmaları xüsusilə də özəl sektordan ayırmalar azalır”

Source:


“Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda onun daxilolmaları xüsusilə də özəl sektordan ayırmalar azalır”

Bugünün sosial gündəmi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin pensiya yaşının artırılması barədə açıqlaması olub. DSMF sədri insanların iş və ya peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq yaradılmasına ehtiyac olduğunu deyib. O, variantlardan biri kimi pensiya yaşının 65-ə qaldırılacağını qeyd edib.

Açıqlamanı Facebook səhifəsində şərh edən iqtisadçı Qubad İbadoğlu pensiya yaşının gələn ildən 65-ə qaldırıla biləcəyini mümkün sayır. İqtisadçı bunun başlıca səbəbini pensiya fondunun maliyyə durumunun pisləşəcəyində görür: “Hazırda Fondun maliyyə dayanıqlığına 2 başlıca amil mənfi təsir göstərir. Birincisi, əmək pensiyası alanların sayı ilən ilə artır. Onların sayı 1,3 milyona çatıb və say tərkibinə görə həmin peniyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. İkincisi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda onun daxilolmaları xüsusilə də özəl sektordan ayırmalar azalır. Növbəti il üçün Fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq. Son illər dövlət büdcənin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə gələcəkdə problem yaranacagı da indidən bəllidir. Digər problem isə iş yerlərinin ixtisarı və əmək haqqı fondunun kiçillməsi ilə bağlıdır. Növbəti ilin büdcə-vergi siyasətində sosial sığorta ayırmalarında artıma nail olmaq hökümətin qarşısında vəzifə kimi qoyulsa da bu o qədər də asan olmayacaq. Çünki dövlət pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olarar 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda bu göstərici 2 dəfədən də aşağıdır. Görünür pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökümətdə başqa alternativləri saxlamayacaq. Odur ki, gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər”.

“BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Dövlət Statistika Komitəsində isə bununla razılaşmırlar. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73, 8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların isə 76,5”-deyə İbadoğlu fikrini tamamlayıb.

Ana səhifəXəbərlərDSMF sədri Elman Mehdiyev: Pensiya yaşı 65-dək qaldırıla bilər