DSK sədri seçicilərin adını siyahıdan sildiyini etiraf etdi – ”Səs yazısı”

“Narkomanlarla mollaları siyahıdan kəsib-doğramaq üçün 20 ilimi itirmişəm”

Source:

73 saylı Lənkəran seçki dairəsinin sədri Kərim Heydərov namizəd Hüseyn Cavadzadəni seçkiyə buraxmamaqla hədələyib. Bu barədə namizədin özü Facebook hesabında məlumat yayıb. Yayılan səs yazısından bəlli olur ki, sənədlərinin qaydasında olduğunu və heç bir çatışmazlığın olmadığını  bildirən namizəd Cavadzadəyə DSK sədri belə cavab verib:

“Əşi, tapardıq e, istəsək tapardıq”

Səsinin yazılmasından xəbərsiz olan DSK sədri 20 il ərzində seçici siyahısından sildiyi insanları da etiraf edib:

“Narkomanlarla mollaları siyahıdan kəsib-doğramaq üçün 20 ilimi itirmişəm”.

Noyabrın 1-də Milli Məclisə 5-ci çağırış üzrə seçkilər keçiriləcək

(embedded content removed)

Ana səhifəXəbərlərDSK sədri seçicilərin adını siyahıdan sildiyini etiraf etdi – ”Səs yazısı”