DSK: Azərbaycanda yanacaq istehlakı artıb

Natiq Cəfərli: “”Ağ mühasibat” çoxalıb”

Source:


Natiq Cəfərli: “”Ağ mühasibat” çoxalıb”

Karantin dövründə Azərbaycanda yanacaq (benzin-dizel) istehlakı artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda belə deyilir. Rəsmi rəqəmlərə görə pulla ifadə olunan satış həcmi 0,2 faiz azalıb. Ancaq bu azalmaya səbəb “Premium” markalı benzinin qiymətinin ciddi enməsidir. Yəni benzin satışından əldə edilən gəlir 0,2 faiz aşağı ensə də, satış fiziki həcm olaraq, yəni, litr (ton) ifadəsində artıb.

Bundan əlavə, komitənin məlumatında bildirilir ki, 2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18245,7 milyon manatlıq, o cümlədən 9729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8516 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz azdır. Ancaq ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satış 3,1 faiz artıb.

Elektron ticarət dövriyyəsi ötən ilin eyni dövrünə baxanda 1,8 dəfə çoxdur.

İqtisadçı Natiq Cəfərli deyir ki, ölkə 5 aydır karantin rejimindədir, iqtisadi aktivlik yoxdur, evdən çıxmaq üçün ciddi məhdudiyyətlər var, küçələrdə avtomobil sayı ciddi azalıb, amma yanacaq istehlakı artıb:

“Rəsmi rəqəmlər bunu deməyə imkan verir. Düzdür, pulla ifadə olunan satış həcmi 0,2 faiz azalıb. “Premium” markalı benzinin qiymətinin ciddi endiyini nəzərə alsaq, bu, heç də istehlakın azaldığı anlamına gəlmir. Satış fiziki həcm olaraq, yəni, litr (ton) ifadəsində artıb”.

İqtisadçı deyir ki, başqa cür ifadə etsə, keçən ilin yanvar-iyun aylarında ölkədə 988 mln. 100 min manatlıq yanacaq satılıb. 2020-ci ilin eyni dövründə bu məbləğ 0,2 faiz azalıb. Təqribən 986 mln. manat olub:

“Amma keçən il “Premium” markalı benzin 1 manat 50 qəpik idi. 2020-ci ilin martında isə 1 manat 20 qəpiyə, sonra isə 1 manat 10 qəpiyə düşdü. İndi yenə 1 manat 20 qəpiyə qalxıb. Yəni, bu il 4 aya yaxın 95 markalı benzin, keçən ilin eyni dövrünə görə az qala 20 faiz daha ucuz satılır. “Premium” markalı benzinin satış həcmi böyük olmasa da, fiziki həcm olaraq rəsmi azalan pulla ifadəni 0,2 faiz artıqlaması ilə qapadır. Bu o deməkdir ki, faktiki olaraq fiziki həcminə görə bu ilin ilk 6 ayında keçən ilin ilk 6 ayına nizbətən daha çox yanacaq satılıb”.

Natiq Cəfərli bildirir ki, bunu yanacaq satışında rəsmiləşmənin artması ilə də izah etmək olar:

“”Ağ mühasibat” çoxalıb. Ona görə belə vəziyyət yaranıb, olsun, o zaman bəs illərdir kənar benzin-dizel satan, pulunu cibinə axıdan qruplar, insanlar niyə cəzalandırılmırlar?! Axı söhbət illərlə davam edən oğurluqdan, yüzmilyonlarla dollardan gedə bilər! Hökumət ya bugünkü statistikanın multfilm olduğunu, ya da, keçmişdə bir qrupun illərdir ölkədən benzin-dizelini “əmdiyini” etiraf etməlidir”.

Yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz

artıb

.

Gəlirlər 10 milyard 580,25 milyon manat təşkil edib. Xərclər isə 0,4 faiz azalaraq, 9 milyard 392,23 milyon manat olub.

Bundan əlavə, vergi orqanlarının xəttilə bu ilin 6 ayında qeyri-neft sektorunda toplanan vergi ötən ilin 6 ayına nisbətən 654 mln. manat, yəni 29 faiz artıb.

Müstəqil ekspertlər, iqtisadçılar isə əksinə, karantin dövründə istehlakın, gəlirlərin, vergi yığımlarının azalacağını proqnoz edirdilər.

Ana səhifəXəbərlərDSK: Azərbaycanda yanacaq istehlakı artıb