Qrünes Qevölbe (Grünes Gewölbe) muzeyi

Mənbə: Foto: https://www.dw.com/ru

Başlıq: Qrünes Qevölbe (Grünes Gewölbe) muzeyi

Drezdendə xəzinəylə dolu muzey qarət edilib

Polis oğurlanmış əsərlər barədə hələ məlumat verməyib

Almaniyanın Drezden şəhərindəki Qrünes Qevölbe (Grünes Gewölbe) muzeyində oğruluq hadisəsi baş verib, - DW xəbər verir.

Muzey Avropanın ən qədim və ən böyük xəzinələrindən biridir.

Bazar ertəsi səhər Almaniyanın Drezdendəki Qrünez Qevölbe muzeyinə oğru girib.

Avropanın ən qədim və ən böyük xəzinələrindən biri olan muzeyə girən oğruların tarixi hissəni hədəf aldıqları qeyd edilir. Polis oğurlanmış əsərlər barədə hələ məlumat verməyib.

“Bild” qəzeti yazır ki, muzeyin elektrik enerjisi oğrular girmədən əvvəl təxribata uğrayıb. Muzeyə elektrik enerjisi verən şirkət hadisəni təsdiqləyib, lakin iki hadisə arasında əlaqənin araşdırıldığı qeyd edilib.

“Bild” oğruların zinət əşyaları oğurladıqlarını və kiçik bir pəncərədən muzeyə girdiklərini qeyd edib.

Saksoniya polisi hadisəni öz tviter hesabından elan edib və qeyd edib ki, hadisə yerini araşdırırlar.

“Yalnız sənət kolleksiyası deyil, saksonlar qarət edilib”, - Saksoniya əyalətinin Baş naziri Mişel Kreçmer (Michael Kretschmer) hadisə yerinə baş çəkdikdən sonra qeyd edib.

Muzeydəki əsərlər 1723-1730 illəri arasında Sakson Güclü Avqust dövründə toplanıb. Muzeyin ən qiymətli əşyalarından biri olan 41 karatlıq yaşıl almaz hazırda Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində nümayiş edilir.

Muzeyin 10 salonunda 3000-ə yaxın zinət əşyaları, qızıl, gümüş, qiymətli daşlar və digər qiymətli materiallar nümayiş etdirilir.

İkinci Dünya Müharibəsi zamanı yararsız olmuş bina sonradan bərpa edilib. 2006-cı ildə yenidən açılan bina turistlər tərəfindən sıx ziyarət edilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tpvqvc

Ən çox baxılan