Dövlət Xidməti: Qaxda qanunsuz ov edən iki ərəb turist cərimələnib

Xidmət rəsisi bildirib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələnib.

Source: Specify Source


Onların göyərçin və durnaları ovladıqları bildirilir

"Qaxda qanunsuz ov edən ərəb turistlər cərimələnib".

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə belə

deyib

.

O qeyd edib ki, Qaxın Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsisi bildirib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələnib.

Martın 25-də sosial şəbəkələrdə ərəb turistlərin Qax rayonunda müxtəlif quş növlərini, əsasən də durnaları ovladıqları barədə görüntülər yayılıb.

Bu məlumatları isə ilk dəfə ekoaktivist Cavid Qara gündəmə gətirib.

Ana səhifəSosialDövlət Xidməti: Qaxda qanunsuz ov edən iki ərəb turist cərimələnib