Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kütləvi maliyyə pozuntuları

Source:

Аudit ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kütləvi maliyyə pozuntuları aşkarlayıb.

Hesablama Palatası 5 fevral tarixli Kollegiya iclasında bütün materialları hüquq mühafizə orqanları və Milli Məclisə təqdim etməyi qərara alıb.

Saytın məlumatına görə, iclasda  dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair, həmçinin  dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından  Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq edilib..

Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.

“İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir.

Ana səhifəXəbərlərDövlət Torpaq və Xəritəçəkmə Komitəsində kütləvi maliyyə pozuntuları