Dövlət Təhlükəsizlik Xidməti 8 İŞİD-çinin saxlanıldığını bildirib

“Onlar qanunsuz silahlı birləşmələr yaratmaqda, xaricdə hərbi hazırlıq keçməkdə və döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur”

Source:


“Onlar qanunsuz silahlı birləşmələr yaratmaqda, xaricdə hərbi hazırlıq keçməkdə və döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur”

Dövlət Təhlükəsizlik Xidməti İŞİD sıralarında və digər radikal terror təşkilatlarında təlim keçmiş səkkiz Azərbaycan vətəndaşının saxlanıldığı barədə məlumat yayıb. Məhkəmənin qərarı ilə onlar hamısı həbs olunub.

Turan İA DTX-yə istinadən məlumat yaylb.

Bildirilir ki, onlar qanunsuz silahlı birləşmələr yaratmaqda, xaricdə hərbi hazırlıq keçməkdə və döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur.

Xüsusən, bu şəxslər 2012-2015-ci illərdə İŞİD və digər terror təşkilatlarının tərkibində Suriya və İraqda təlim keçiblər.

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşlarını qanunsuz silahlı birləşmələrdə iştirak etməməyə çağırır, onlara məsuliyyət barədə xəbərdarlıq edir.

Ana səhifəXəbərlərDövlət Təhlükəsizlik Xidməti 8 İŞİD-çinin saxlanıldığını bildirib