Dövlət Sərhəd Xidmətinin əsgəri intihar edib?

Hüseyn Fəxrəddin oğlu Qurbanov

Hüseyn Fəxrəddin oğlu Qurbanov

Sentyabrın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) Balakən rayonundakı sərhəd zastavasında xidmət edən Hüseyn Fəxrəddin oğlu Qurbanov vəfat edib. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgərin nəşi sentyabrın 14-də yaşadığı Xaçmaz rayonuna gətirilib və ailəsinə təhvil verilib. Onun hansı səbəbdən öldüyü haqda dəqiq məlumat yoxdur.

"Gah deyirlər, intihar edib, işgəncə hallarına, haqsızlığa dözməyib. Başqa sözlər deyən də var. O söhbət də gəzir ki, onu başqası öldürüb, intihar donu geyindiriblər. Cəmi 19 yaşı var idi. Evin tək oğluydu və cəmi 3 ay əsgərlik çəkdi. Dövlət Sərhəd Xidmətində qulluq edirdi. Ölümünün səbəbi tam açıqlanmayıb. Ancaq əsgərlər, polis, icra hakimiyyəti nümayəndələri - hamısı tökülüşüb gəlmişdilər. Bu gün dəfn etdilər", - mərhumun adının açıqlanmasını istəməyən yaxını Meydan TV-yə deyib.

Hüseyn Qurbanovun ölümü ilə bağlı sosial şəbəkələrdə də məlumatlar yayılıb.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Xaçmaz Rayon Bələdiyyəsi və Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Hər iki qurumdan bildiriblər ki, əsgərin ölümünün təfərrüatları barədə yalnız Dövlət Sərhəd Xidmətindən məlumat almaq olar. DSX-dan isə bu barədə məlumat verə bilməyəcəklərini deyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gnj0nz

Ən çox baxılan