Dövlət qulluqçularının pensiya qaydaları dəyişir
“Dövlət qulluğu haqqında” qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.
Bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi Əmək və Sosial siyasət komitəsinin iclasında müzakirə edilib.
Layihədə qanunun 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilməsi təklif edilir.
Hazırda qüvvədə olan qanuna əsasən, bu müddət 5 ildir.