Dövlət Neft və Sənaye Universitetində ixtisarlar olacaq

”Məqsəd daha az sayda professor-müəllim heyəti ilə daha keyfiyyətli təhsil vermək və əmək haqlarını artırmaqdır”

Source:
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti


”Məqsəd daha az sayda professor-müəllim heyəti ilə daha keyfiyyətli təhsil vermək və əmək haqlarını artırmaqdır”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedralar birləşdirilib, universitetin işçiləri gələn dərs ilindən ixtisar ediləcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov Trend-ə bildirib ki, universitetin rektoru Mustafa Babanlının əmrinə uyğun olaraq, fevralın 3-dən bu təhsil müəssisəsində fəaliyyət göstərən kafedraların sayı azaldılaraq onların sayı 28-ə (7 fakültə üzrə) çatdırılıb.

Prorektorun sözlərinə görə, bu əmrə qədər universitetdə ümumilikdə 48 kaferda olduğu, hər fakültə üzrə 7-8 kafedra fəaliyyət göstərdiyi halda, hazırda universitetdə hər fakültə üzrə cəmi 4 kafedra fəaliyyət göstərir.

Q.Məmmədov deyib ki, bu tədris ili üzrə dərs yükü artıq formalaşdırıldığından kafedraların ləğvi ilə əlaqədar müəllimlər ixtisar edilməyəcək. Amma gələn tədris ilindən müəllimlər ixtisar ediləcək: “Müəllimin illlik dərs yükü ümumilikdə 1500 saatdır. Onun 500 saatı tədris yüküdür. Qalan 500 saatında müəllim metodiki işlər, 500 saatında elmi-tədqiqat işi ilə məşğul olmalıdır. Hər bir müəllimin tədris yükü 500 saatdan formalaşdırılırdı. Amma yeni tədris ilindən tədris yükü 600-650 saatdan formalaşdırılacaq”.

Q.Məmmədov əlavə edib ki, bu islahat nətiəsində universitetdə 50-60 müəllim ixtisar edilə bilər: “Əgər professor-müəllim heyətində ixtisarlar olsa, onda tədris köməkçi heyət də ixtisar ediləcək. Bunda məqsəd daha az sayda professor-müəllim heyəti ilə daha keyfiyyətli təhsil vermək və əmək haqlarını artırmaqdır”.

Ana səhifəXəbərlərDövlət Neft və Sənaye Universitetində ixtisarlar olacaq