İkinci ən çox dəyərdən düşən aktiv isə qızıl olub və dollar ekvivalentində zərər 47,5 mln. dollar təşkil edib
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il oktyabrın 1-nə olan aktivləri (34,738 mlrd. ABŞ dolları) bu ilin oktyabr-noyabr ayları ərzində 729 mln. dollar məbləğində və ya 2,1% dəyərdən düşüb.
“Report”un analitik qrupu qeyd edir ki, son iki ayda baş verən azalma əsasən Fondun avroda olan aktivlərində qeydə alınıb və təxminən 680 mln. dollara bərabər olub.
İkinci ən çox dəyərdən düşən aktiv isə qızıl olub və dollar ekvivalentində zərər 47,5 mln. dollar təşkil edib.
Bu iki ayda ən çox artan (14 mln. dollar) aktiv isə Türkiyə lirəsi olub.