Prokuror Arif Yunusa 9 il, Leyla Yunusa 11 il iş istədi
Avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların növbəti yarımqapalı məhkəmə prosesləri keçirildi.
Məhkəmə başlayar-başlamaz Arif Yunusun səhhəti pisləşdi. Vəkillərin sözlərinə görə Arif Yunus məhkəmə zalına gətirilərkən durumu yaxşı olmayıb. Bu səbədən iclas başlayan kimi Leyla Yunus həyat yoldaşının vəziyyətinin agır olduğunu, ona təcili şəkildə tibbi yardim göstərilməli olduğunu bildirib. O, Arif Yunusun infarkt həddində olduğunu deyib. Arif Yunus salındıqları şüşə kabinədə otura bilmədiyi üçün oradakı skamyanın üstünə uzadılıb.Daha sonra məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra Almaniya səfirliyinin nümayəndəsi içəri buraxılmadı.
Prokuror həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.
Vəkil Əfqan Məmmədov deyir ki, Arif Yunusa qarşı səslənən ittihamların heç biri faktlara əsslanmır. “Konkret olaraq Arif Yunusun barəsində məntiqli heç nə deyilmədi. Prosesdə 24 şahid dindirilib. Bu şahidlər Arif Yunusa qarşı heç bir iddiaları yoxdur. Amma Arif Yunus dələduzluqda ittiham olunur”.
Yunusların növbəti məhkəmə prosesi avqustun 10-da davam edəcək.