Dövlət ittihamçısı Sirac Kərimliyə 8 il iş istədi

Gələn həftə proses təqsirləndirilən şəxsin çıxışı ilə davam edəcək

Source:


Gələn həftə proses təqsirləndirilən şəxsin çıxışı ilə davam edəcək

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Sirac Kərimlinin

cinayət işi üzrə məhkəmə prosesi davam edib. Musavat.com-un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən təqsirləndirilən Sirac Kərimova 8 il azadlıqdan məhrumetmə cəzası kəsməsini istəyib.

Məhkəmə prosesi martın 16-da davam etdiriləcək.

Sirac Kərimli ötən il iyul ayında Daxili İşlər Nazirliyinin Narkotikə Qarşı Baş İdarəsinin əməkdaşları tərəfindən Səbail rayonu ərazisində saxlanılıb. Ondan külli miqdarda narkotik maddə-heroin aşkar edilib. Sirac Kərimov Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə ittiham edilib.

Sirac Kərimlinin qardaşı Müsavat Partiyasının başqanının müavini Fərəc Kərimli də eyni maddə üzrə həbs edilərək, barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərDövlət ittihamçısı Sirac Kərimliyə 8 il iş istədi