Dövlət ittihamçısı Məmməd İbrahimə 4 il cəza istədi

AXCP funksionerinə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi irəli sürülüb

Source:
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim


AXCP funksionerinə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi irəli sürülüb

Martın 14-də Nərimanov Rayon Məhkəməsində dövlət ittihamçısı AXCP sədrinin müşaviri Məmməd İbrahimə 4 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Məlumatı Məmməd İbrahimin oğlu Turan İbrahim Facebook  səhifəsində yayıb.

AXCP funksioneri həbs olunanda ona qarşı Cinayət Məcəlləsinin yalnız 221.1-ci (xuliqanlıq) maddəsi irəli sürülmüşdü. Bu maddədə 160 saatdan 200 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, yaxud da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sonradan ona qarşı CM-nin 221.2.2-ci maddəsi irəli sürüldü. Bu maddə 2 ilədək islah işləri və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzasıni nəzərdə tutur.

Beləliklə, Məmməd İbrahim əvvəlcə sabiq AXCP funksioneri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevi döyməkdə ittiham olunurdusa, sonradan daha iki nəfər ortaya çıxıb. Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı bu adamlar iddia edirlər ki, guya, Məmməd İbrahimlə Mikayıl Quliyev arasında insident zamanı onları ayırmağa çalışıblar. Amma Məmməd İbrahim onlara qarşı da zorakılıq edib, ictimai qaydanı pozub.

Vəkil Yalçın İmanov belə deyib.

Vəkil bildirib ki, adları çəkilən şəxslər Məmməd İbrahimlə üzləşdirilərkən AXCP sədrinin müşaviri onları ümumiyyətlə, tanımadığını, ilk dəfədir gördüklərini bildirib.

Yalçın İmanovun sözlərinə görə, yeni ittiham elan olunarkən Məmməd İbrahim onun saxta olduğunu bildirib və bu barədə qeydlərini protokolda da yazıb.

Məmməd İbrahim Mikayıl Quliyevin şikayəti əsasında ötən ilin sentyabrın 30-da həbs olunub.

Ana səhifəXəbərlərDövlət ittihamçısı Məmməd İbrahimə 4 il cəza istədi