Dövlət ittihamçısı İntiqam Əliyevə 10 il cəza istədi

Müdafiə tərəfinin çıxış edəcəyi növbəti proses aprelin 21-nə təyin olunub

Source:


Müdafiə tərəfinin çıxış edəcəyi növbəti proses aprelin 21-nə təyin olunub

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-in prosesi izləyən əməkdaşı bildirib ki, dövlət ittihamçısı İntiqam Əliyevə təqsirli bilindiyi maddələr üzrə 10 il həbs cəzasının verilməsini və 3 il dövlət və yerli idarəetmədə rəhbər vəzifələrdə işləməyin qadağa olunmasının hökmə salınmasını istəyib.

Məhkəmədə vəkillərin vəsatətləri təmin olunmayıb: “Hansı ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş layihələri ehtiva edirdi. Məhkəmədə nazirliyin qısa arayış verildiyi və sənədlərin məhkəməyə göndərildiyi bildirilsə də,  heç bir sənəd göndərilmədiyi aşkarlanıb. Xarici donorların İntiqam Əliyevin işindən narazı olmadıqları barədə məktublar da məhkəməyə təqdim olunub. Çexiya səfirliyi, Açıq Cəmiyyət İnstitutu, Norveç İnsan Haqları Evi məhkəməyə bu səpkidə məktublar ünvanlayıb. İntiqam Əliyev bildirib ki, ona mənimsəmə ittihamı irəli sürülüb. Əgər donor narazılığını bildirmirsə, ittihamın özü qanunsuzdur”.

Müdafiə tərəfinin çıxış edəcəyi növbəti proses aprelin 21-nə təyin olunub.

Ana səhifəXəbərlərDövlət ittihamçısı İntiqam Əliyevə 10 il cəza istədi