Dövlət ittihamçısı Fərəc Kərimliyə 7,6 ay iş istədi (VİDEO)

Apelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə Fərəc Kərimlinin növbəti məhkəmə prosesi keçirildi. Prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən Fərəc Kərimliyə 7 il 6 ay iş istədi.

Vəkil Nemət Kərimli məhkəmə prosesinin düzgün aparılmadığını deyir.

Fərəc Kərimlinin atası Raqif Kərimli istintaqın düzgün aparılmadığını, həbsin siyasi sifariş olduğunu bildirir.

Növbəti məhkəmə prosesi 6 may saat 14:00-a təyin edilib.

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini və Facebook fəalı Fərəc Kərimli ötən il, iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb.“Amnesty İnternational” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

Ana səhifə ▸ Video ▸ Dövlət ittihamçısı Fərəc Kərimliyə 7,6 ay iş istədi (VİDEO)