Dövlət ittihamçısı Baş Prokurorluq əməkdaşının qardaşına 8 il iş istədi

Namiq Quliyev dələduzluqda ittiham olunur

Source:
Məhkəmə


N


amiq Quliyev dələduzluqda ittiham olunur

Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Namiq Quliyevin məhkəməsi keçirilib.

Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır.

Meydan TV-nin məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Namiq Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses mayın 31-də davam edəcək.

Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib. Arif Həsənov indi “MTN işi”ndə də zərəçəkmişdir.

Akif Çovdarov və adamları onu müflis edərkən, Namiq Quliyev Arif Həsənova bu vəziyyətdən qurtarmağa söz verib. Buna görə Arif Həsənovdan 87 min dollar alıb.

Ana səhifəXəbərlərDövlət ittihamçısı Baş Prokurorluq əməkdaşının qardaşına 8 il iş istədi