Dövlət iri şirkətlərə nəzarəti gücləndirir

Nazirlər Kabineti qərar qəbul edib

Source:
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə


Nazirlər Kabineti qərar qəbul edib

İri dövlət şirkətlərinə nəzarət gücləndirilir. Bu barədə Nazirlər Kabinetinin qərarı var.

Qərar fiskal davamlılığın təmin edilməsi, gəlirlər və xərclər smetalarının faktiki və proqnoz göstəricilərinin təhlil edilməsi və onların icrası üzərində nəzarətin gücləndirilməsi üçün iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları barədədir.

“Turan” yazır ki, qərarı baş nazirin müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi xüsusi komissiya təsdiq edəcək.

Siyahıya isə SOCAR, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişiq” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərkosmos” ASC, “Aztelekom” MMC, “Azərpoçt” MMC və “Bakı Telefon Rabitəsi” İB daxil edilib.

Şirkətlər növbəti il noyabrın 1-dək gəlirlər və xərclərin ilkin smetaları və icrası üzrə rüblük hesabatları Komissiyanın Katibliyinə təqdim etməlidir.

Ana səhifəXəbərlərDövlət iri şirkətlərə nəzarəti gücləndirir