Samir Nuriyev isə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edildi
Prezident İlham Əliyev Məleykə Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib.
O, 2000-2016-ci illərdə TQDK-nın sədri vəzifəsini icra edib.
Prezidentin digər sərəncamıyla Samir Rafiq oğlu Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.
S. Nuriyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub.
azərtag