Dövlət İmtahan Mərkəzi: Məlumatların arxasında başqa faktlar dayanır

“Məsul şəxslər cərimələnəcək”

Source:



“Məsul şəxslər cərimələnəcək”

Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hesab edir ki, qanunvericiliyə edilən dəyişikliklərdən istifadə edərək normativ hüquqi baza yaradılmalıdır.

O, bu barədə APA-ya açıqlamasında bildirib. Deyib ki, “Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda bildirib ki, dövlət qulluğuna qəbul prosesi daha çevik həyata keçirilməlidir.

“Hər bir insana imkan verilməlidir ki, öz karyerasını dövlət qulluğunda qura bilsin. Belə bir sosial lift yaratmaq bizim borcumuzdur”, – Məleykə Abbaszadə belə deyib.

M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzininin məqsədi istedadlı gəncləri dövlət qulluğuna cəlb etmək, imtahan prosesini daha çevik etməkdir.

“Biz çox vaxt görürük ki, dövlət qulluqçularının reyestrinə daxil edilən məlumatların arxasında başqa faktlar dayanır”.

Ancaq mərkəz direktoru bu barədə detallara varmayıb.

M.Abbaszadə bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, dövlət qulluqçularının reyestrinə məlumatlar daxil edilməsə, bu işə məsul şəxslər cərimələnəcək:

“Məlumatlar reyestrə düzgün daxil edilməsə, cərimələr mütləq olacaq. İnzibati Xətalar Məcəlləsində Dövlət Qulluqçuları Reyestrinə məlumatın vaxtında, tam və ya düzgün verilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir”.

Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı dövlət orqanlarında yol verilmiş pozuntular açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Vüqar Əsgərov isə söyləyib ki, əsasən yerli məhkəmə orqanlarında staj və sınaq müddətinə riayət edilmir.

Onun sözlərinə görə, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmə halları var:

“Bundan başqa, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə məlumatların vaxtında tam və dəqiq daxil edilməməsi, ilk və növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilmiş məlumatlarla dövlət qulluqçusunun əmək kitabçasına daxil edilmiş məlumatların uyğunsuzluq təşkil etməsi halları da aşkarlanıb”.

Ana səhifəXəbərlərDövlət İmtahan Mərkəzi: Məlumatların arxasında başqa faktlar dayanır