”Azərbaycan hakimiyyətini öz fundamental hüquqlarını həyata keçirdiyinə məhkum olunanları azad etməyə çağırırıq”
“ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının barəsində hökmlə bağlı məlumatlardan narahatdır”, – ABŞ Dövlət Departamentinin nümayəndəsi Turan agentliyinin sorğusuna cavab olaraq bildirib.
“Biz Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını həyata keçirdiyinə və ölkədə dinc siyasi fəaliyyət üçün şərait yaradılmasını tələb etdiyinə görə məhkum olunanların hamısını azad etməyə çağırırıq”, – Dövlət Departamentinin nümayəndəsi qeyd edib.
G.Bayramlı saxta qaçaqmalçılıq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.
Bundan əvvəl AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak da G.Bayramlı barədə məhkəmə hökmünü
pisləyib
.