Dövlət Departamenti Arif Yunusun buraxılmasını müsbət qiymətləndirdi

ABŞ Bakı Apelyasiya Məhkəməsinin Arif Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin humanitar əsaslarla ev dustaqlığı ilə əvəz olunması barədə qərarına müsbət addım kimi baxır

Source:


ABŞ Bakı Apelyasiya Məhkəməsinin Arif Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin humanitar əsaslarla ev dustaqlığı ilə əvəz olunması barədə qərarına müsbət addım kimi baxır

“ABŞ Arif Yunusun həbsxanadan ev dustaqlığına buraxılmasını müsbət qiymətləndirir”. APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

“ABŞ Bakı Apelyasiya Məhkəməsinin Arif Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin humanitar əsaslarla ev dustaqlığı ilə əvəz olunması barədə qərarına müsbət addım kimi baxır”, deyə məlumatda bildirilir.

Bakı Apelyasiya Məhkəməsi ötən gün A. Yunus  barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Arif Yunus  178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.   Onun  barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Arif Yunus 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərDövlət Departamenti Arif Yunusun buraxılmasını müsbət qiymətləndirdi