Dövlət Departamenti: ABŞ Suriya məsələsində Rusiya ilə əlaqələri dayandırır

”Bu bizi çox təəssüfləndirir”

Source:
Con Kirbi foto APA
Con Kirbi foto APA


”Bu bizi çox təəssüfləndirir”

ABŞ Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəyan edib.

Buna səbəb rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. “Bu bizi çox təəssüfləndirir, deyə C.Kirbi bildirib.

Bununla belə C.Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək.

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Rusiya ilə Suriya böhranının nizamlanması üzrə danışıqları kəsməyin bir addımlığındadır.

Ana səhifəXəbərlərDövlət Departamenti: ABŞ Suriya məsələsində Rusiya ilə əlaqələri dayandırır