Dövlət Departamenti: ABŞ Gözəl Bayramlının həbsindən narahatdır

”Təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq”

Source:


”Təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq”

“ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının həbsi barədə məlumatdan narahatdır”, – ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Turan-ın müxbiri ilə söhbətində bildirib.

“Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq. Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasına çağırırıq”,- o əlavə edib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan gələrkən 12 min dollar qaçaqmalçılığında ittiham olunaraq saxlanılıb.

Mayın 26-da AXCP sədrinin müavini Gözəl Bayramlı Səbail Rayon Məhkəməsinin qərarı ilə

3 ay

müddətinə azadlıqdan məhrum edildib.

Ana səhifəXəbərlərDövlət Departamenti: ABŞ Gözəl Bayramlının həbsindən narahatdır