Dövlət büdcəsinə vergi daxilolmaları azalıb

Azərbaycanda vergi daxilolmaları azalıb

Source:


Azərbaycanda vergi daxilolmaları azalıb

2016-cı ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 213 milyon 405 min manat azdır.

Bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Bu ilin 8 ayında 75 min 806 vergi ödəyicisi qeydiyyata alınıb.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bunu nəzərə alan iqtisadçılar vergi daxilolmalarının kəskin azaldığını düşünürlər.

Ana səhifəXəbərlərDövlət büdcəsinə vergi daxilolmaları azalıb