Dövlət büdcəsinə dəyişiklik layihəsi qəbul edilib

Layihədə 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılması nəzərdə tutulub.


Büdcə dəyişikliyinə zərurət ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar yaranıb

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bildirilib ki, “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişik layihəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Büdcə dəyişikliyinə zərurət ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar yaranıb.

Layihədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 15 milyon manat artırılması nəzərdə tutulub. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur. Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Layihədə 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılması nəzərdə tutulub.

Eyni zamanada, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Ötən ilin sonunda Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyon 168 min manat, xərcləri isə 25 milyon 190 min manat məbləğində təsdiq edilib.

Ana səhifəXəbərlərDövlət büdcəsinə dəyişiklik layihəsi qəbul edilib