Dövlət büdcəsində neftin qiyməti ilə bağlı dürüstləşmə olacaq

İlham Şaban: ”Neft pulları kommersiya baxımından özünü doğrulda biləcək layihələrə ayrılmalıdır”

Source:
Milli Məclisin komitə iclası
Milli Məclisin komitə iclası


İlham Şaban: ”Neft pulları kommersiya baxımından özünü doğrulda biləcək layihələrə ayrılmalıdır”

Yaxın vaxtlarda dövlət büdcəsində neftin qiyməti ilə bağlı dürüstləşmə olacaq.



Report

” yazır ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O, bunun iqtisadi fəallığı artıracağını düşünür.

2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinə görə 45 dollar nəzərdə tutulub. Mayın 22-ə olan vəziyyətə görə, “Brent” markalı neftin 1 bareli 79 dollardır. Dövlət büdcəsi formalaşarkən, 2017-ci ilin dekabr ayında qiymət 66 dollar idi.

Neftin qiymətində artım olna kimi büdcədə neftin qiymətinin dəyişdirilməsinin nə dərəcədə iqtisadi effektiv olacağı barədə sualı şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, Azərbaycan praktikasında belə hallar tez-tez olur.

“Hökumət adətən büdcə gəlirlərini proqnozlaşdırarkən neftin qiymətini aşağı götürməklə özünü sığortalayır: Nəticədə 2005-ci ildən sonra büdcənin gəlirləri daha yüksək nəticələrlə həyata keçirilir. İlin ortasında büdcəyə yenidən baxılanda Neft Fondundan transferlər çox edilir, xərcləmələr artırılır. Həmin vəsaitlər də əsasən tikintiyə, sosial yönümlü layihələrə qoyulur”.

Ekspert 2018-ci ildə ilk 5 ayın nəticələrini nəzərə alaraq, ümumilikdə qiymətin 70-73 dollar civarında olacağını düşünür:

“Arada olan fərq təqribən 62 faizdir. Bu, artımdır. Bu fərq hesab edirəm ki, Dövlət Neft Fonduna köçürülməli, Dövlət büdcəsinə daxil olmamalı idi. Nəticə etibarilə Vergilər Nazirliyi prezidentə hesabat verəndə qeyd etməliydi ki, qeyri-neft sektoru ilə yığım nə qədərdir, neft şirkətləri vasitəsilə dövlət büdcəsinə nə qədər vəsait gəlir. Onda tamamilə aydın görünəcəkdi ki, Azərbaycanın qeyri-neft sektoru neftin yüksək qiymətlərində özünü necə göstərib”.

İlham Şaban
İlham Şaban

İlham Şaban hesab edir ki, neft pulları kommersiya baxımından özünü doğrulda biləcək layihələrə ayrılmalıdır və bu pullar qrant layihələri kimi icra edilməlidir.

“Prezident qərar verməlidir ki, hansı layihəyə vəsait ayrılsın. Bunların heç biri mənim qənaətimcə, humanitar yardım olmamalıdır. Neft Fondu 2003-cü ildən dövlət büdcəsinə 90 milyardacan transferlər edib. Bu, nə qədər belə olmalıdır? Üstəlik, ayrılan vəsaitlərin çoxu geri dönüşümü olmayan layihələrə xərclənib”.

Neftin qiyməti ilə bağlı proqnozlarını bölüşən mərkəz rəhbəri vurğulayıb ki, hazırki qiymətlər şişirdilib.

Onun fikrincə, qiymətin kifayət qədər yüksək qaldırılmasının bir səbəbi Yaxın Şərqdəki proseslər, digər səbəbi isə uzunmüddətli ABŞ-İran münasibətləridir:

“Digər bir səbəb ABŞ-Rusiya münasibətləridir. O cümlədən, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaları da demək olar. Bu, bazarı daim gərginlikdə saxlayır. Ancaq daha çox gərginlik ilin sonuna ABŞ-ın İrana qarşı olan sanksiyalarında özünü göstərəcək. Həmin müddətə bazardan neft azalmağa doğru gedəcək. Düzdür, Səudiyyə Ərəbistanı kimi ölkə qeyd edir ki, İranın nefti nə qədər bazardan çıxsa, onun əvəzini bununla qarşılayacaq. Bir sözlə, dünyada ilin sonuna yaxın tələblə təklif arasında balans pozulacaq. Bu zaman təbii qiymət artımı özünü göstərəcək”.

Ana səhifəXəbərlərDövlət büdcəsində neftin qiyməti ilə bağlı dürüstləşmə olacaq