Dövlət büdcəsində 687,7 mln. manatlıq kəsir yaranıb

Azər Mehtiyev: “İlin sonuna büdcə kəsirinin 1 milyard 673 milyon manat olacağı gözlənilir”

Source:



Azər Mehtiyev: “İlin sonuna büdcə kəsirinin 1 milyard 673 milyon manat olacağı gözlənilir”

Maliyyə Nazirliyinin məlumatına əsasən 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 mlrd. 133,8 mln. manat vəsait daxil olub. “APA -Economics” Dövlət Statistika Komitəsinə (DSK) istinadən yazıb ki, hesabat dövründə büdcədən 6 mlrd. 821,5 mln. manat vəsait xərclənib. Nəticədə büdcənin icrasında 687,7 mln. manatlıq kəsir yaranıb ki, bu da ümumi daxili məhsulun 2,5%-inə bərabərdir.

Məsələni Meydan TV-yə şərh edən iqtisadçı Azər Mehtiyev bildirdi ki, əvvəlki illərdə büdcənin əsas hissəsini neft gəlirləri təşkil edib və neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinə ciddi təsir göstərib: “İlin birinci yarısında 687,7 milyon kəsirin olması planlaşdırılmış büdcə planına uyğundur. Çünki, ilin sonuna büdcə kəsirinin 1 milyard 673 milyon manat olacağı gözlənilir, bu, artıq planlaşdırılan həcmdən böyükdür. Diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan ötən ildən başlayaraq böyük həcmli büdcə kəsirinin reallaşmasına qədəm qoyub. Bu növbəti illər üçün ciddi problemlərin yaradacağını göstərir”.

Ana səhifəXəbərlərDövlət büdcəsində 687,7 mln. manatlıq kəsir yaranıb