”Dövlət başçımızın əmri ilə silah götürməyə hazıram”

Fevralın 6-da Müdafiə Nazirliyinin Təlim -Tədris Mərkəzində qoşunların təmas xəttində baş verən münaqişə zamanı şəhid olan Çingiz Qurbanovla vida mərasimi keçirilib. Mərasimdə müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev də iştirak edib.

Şəhidin atası  Salman Qurbanov çıxışında Ali Baş Komandan İlham Əliyevə oğlunun nəşini Ermənistandan alındığına görə təşəkkürünü bildirib:

“Oğlumun şəhid olmasından 40 gün keçib. Mən bir valideyn kimi sizi əmin edirəm ki, dövlət başçımızın əmri ilə silah götürməyə hazıram”.

2016-cı il dekabr ayının 29-da  şəhid olan əsgərin nəşi fevralın 5-də Azərbaycana verilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Ana səhifəVideo”Dövlət başçımızın əmri ilə silah götürməyə hazıram”