MHP xəbəri dərhal təkzib edib. Gecə saatlarında isə D. Bahçeli yazılı açıqlama verib.
Səbəb kimi MHP-nin bu gün Türkiyədə keçirilən təkrar parlament seçkilərində məğlubiyyəti göstərilir
Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli partiyanın rəhbəri vəzifəsindən istefa verib.
Trend-in məlumatına görə, buna səbəb kimi MHP-nin bu gün Türkiyədə keçirilən təkrar parlament seçkilərində məğlubiyyəti göstərilir.
İlkin nəticələrə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb. Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) – 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb.