“Dövlət quru sərhədləri qapalı saxlamaqla monopoliyanı dəstəkləyir”

Quru sərhədlər bağlanandan aviaşirkətlərin müştəriləri 7 dəfə artıb. Təkcə ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb. 2020-ci ildən bu yana aviaşirkətlərin gəlirləri də 6 dəfə artaraq, 343 milyon manatdan 2.1 milyard manata çatıb. 

“Dövlət quru sərhədləri qapalı saxladığı müddətdə daxili uçuş qiymətlərini tənzimləyə bilər. Amma xarici uçuşların bilet qiymətlərini dövlət tənzimləməməlidir. Burada bir problem dövlətin quru sərhədləri qapalı saxlamaqla monopoliyanı dəstəkləməsidir. Halbuki, quru sərhəd açılsa, aviabiletlər elə ertəsi gündən etibarən ucuzlaşacaq”. 

Ana səhifəXəbərlər“Dövlət quru sərhədləri qapalı saxlamaqla monopoliyanı dəstəkləyir”