”Dostluq parkı”nı satmaqda günahlandırılanlara hökm oxundu

Etibar Məmmədov və Tərlan Hüseynovun hər biri 7 il 6 ay, Famil Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib

Source:


Etibar Məmmədov və Tərlan Hüseynovun hər biri 7 il 6 ay, Famil Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib

Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq parkı” ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Etibar Məmmədov və Tərlan Hüseynovun hər biri 7 il 6 ay, Famil Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev 2015-ci ildə keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Şəxsən H.Abutalıbovun rəhbərliyi ilə başlayan söküntü işlərindən sonra həmin torpaq sahələrinin qanunsuz olaraq satılması ilə bağlı cinayət işi açılıb.

İlk olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları əmlak alqı-satqısı ilə məşğul olmuş 1972-ci il təvəllüdlü Tərlan Hüseynovu istintaqa cəlb ediblər. 2015-ci ilin iyun ayından T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılıb.

Ana səhifəXəbərlər”Dostluq parkı”nı satmaqda günahlandırılanlara hökm oxundu