Doqmanın gücü

Hitlerin qayıdan kitabı və Nardaran müqayisəsi…

Source:

Almaniyada 70 ildən artıq qadağan olunan Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) kitabı əlavə və izahlarla gələn ildən şatışa çıxacaq.Bu çox vacib və ibrətamiz hadisədir. Bu nəşr heç də almanların Hitlerə qayıtması demək deyil. Tamamilə əksinə.

Almanlar Hitleri desakrallaşdırmaq qərarına gəliblər. Yeri gəlmişkən, “Mein Kampf”ın nəşri bu istiqamətdə ilk təşəbbüs deyil. Bu il Almaniyada baş qəhrəmanı Hitler olan “Er ist wieder da” (“O yenə burdadır”) adlı komediya da ekrana gəlmişdi.

Məsələ burasındadır ki, bu illər ərizində adının belə çəkilməsi tərbiyəsizlik hesab olunan Hitler, onun həyatı, yazdığı yeganə kitab almanların bir qismi tərəfindən sakrallaşdırılmışdı, müqəddəsləşdirilmişdi. Qadağan olunmuş meyvə dadlı olur misalı.

Nəticədə Almaniyada PEGİDA (Patriotische Europäer gegen die Islamisierung des Abendlandes), NPD (Nationaldemokratische Partei Deutschlands) kimi millətçi təşkilatlar yaranmışdı. Son qaçqınlar krizisi dövründə isə bu meyllər daha da güclənmişdi.

Ümumiyyətlə, bu kitab istər tarixi, istər qrammatik, istər etik, istərsə də mahiyyət baxımından çox primitiv, ucuz və savadsız bir həvəskar işidir. Ədəbi-bədii zövqü olan, minimal dünyagörüşünə sahib istənilən oxucu bir neçə səhifədən sonra bu kitabı bağlayıb, zibil qutusuna atar.

Ona görə də, almanlar bütün bu izahedici əlavələrlə onun yenidən nəşrini həyata keçirirlər.

Ümumiyyətlə, istənilən doqma ilə mübarizə onu desakrallaşdırmaqdan, başqa sözlə qeyri-intim, qeyri-tabu elan etməkdən başlayır. Doqmanın gücü onun anlaşılmazlığında, qadağan olunmasındadır.

Doqmanı heç bir halda qadağan etmək omaz. Doqmanı anlaşılmaz qalmasına göz yummaq, ya da əlçatmaz qalmasına imkan vermək olmaz. Doqma gücünü əlçatan olmağa başlayan andan itirməyə başlayır.

Bu baxımdan, Atatürkün Quranı türk dilinə, Ziya Bünyadovun və Vasif Məmmədəliyevin isə Azərbaycan dilinə tərcümə eləmələri bu istiqamətdə daha önəmli işlərdir. Eyni şeyi xristianlıqda Martin Lüterin fəaliyyəti və misilsiz xidmətləri barədə də demək olar.


Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…

O ki qaldı, Nardaran hadisələrinə. Ağlı başında olan, düşünməyi bacaran heç bir hakimiyyət, doqmayla güc dili ilə danışmaz, zor tədbiq etməz. Humanizmi, insan haqlarını, inanc azadlığını veclərinə almırlar, bu heç. Amma nəticə baxımından anlamalıdırlar ki, bu, təhlükəlidir. Doqma ilə güc dili ilə danışanlar isə əvvəl-axır həmin doqmaya məğlub olacaqlar. Bu, həmişə belə olub. Özü də, fərqi yoxdur, bunu bilərəkdən edirlər, ya bilməyərəkdən.

Ana səhifəMənim FikrimcəDoqmanın gücü