Dopinqdən istifadə edən idmançılar cəzalandırıldı

Valentin Xristovun bürünc medal əlindən alınıb

Source:


Valentin Xristovun bürünc medal əlindən alınıb

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ötən il ABŞ-da keçirilən dünya çempionatından sonra dopinq-testdən keçə bilməyən Azərbaycan millisinin üzvlərinin cəzalarını açıqlayıb.

Komanda.az xəbər verir ki, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli isə 4 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub.

Əliquluzadə, Quliyev və Xristovdan istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovda nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidə isə nandrolonla yanaşı, qanında boldenon aşkarlanıb.

Valentin Xristov ABŞ-dakı çempionatda bürünc medal qazanmışdı. Bu qərardan sonra onun medalı əlindən alınıb. Bolqarıstan əsilli idmançı 2012-ci ildə Londonda keçirilən olimpiya oyunlarında da 3-cü yeri tutmuşdu.

Ana səhifəXəbərlərDopinqdən istifadə edən idmançılar cəzalandırıldı