Donetskdə ölənlərin sayı 46 nəfərə çatıb

Mənbə: “Facebook”

9 nəfərin dağıntılar altından çıxarıldığı bildirilir

Rusiya hərbçilərinin Donetsk vilayətinin Çasov Yar qəsəbəsinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Donetsk Vilayəti Baş İdarəsi “Facebook” səhifəsində məlumat yayıb.

“Gecə Çasov Yar şəhərində dağılmış evin altından daha bir nəfərin cəsədi çıxarılıb. Doqquz nəfər dağıntılar altından xilas edilib”, – deyə Baş İdarə bildirib.

Xilasedicilər evin 465 tondan çox dağılmış elementlərini təmizləyərək söküblər.

İyulun 9-da axşam saatlarında Rusiya işğalçıları Çasovoy Yarda beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirib, nəticədə iki giriş tamamilə dağılıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkələri Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıb.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaDonetskdə ölənlərin sayı 46 nəfərə çatıb