Donetsk vilayəti atəş altında: beş nəfər həlak olub

Donetsk. Foto: Reuters

Daha 8 nəfər yaralanıb

İyulun 27-də Rusiya qüvvələrinin açdığı atəş nəticəsində Donetsk vilayətinin beş dinc sakini həlak olub. Bu haqda vilayətin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko xəbər verib.

Onun verdiyi məlumata görə, daha səkkiz nəfər yaralanıb.

Ümumilikdə Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumu başlayandan, Donetskin 648 dinc sakini ölüb, 1677 nəfər isə yaralanıb.

Ana səhifəDünyaDonetsk vilayəti atəş altında: beş nəfər həlak olub