Donald Trump ABŞ-ın prezidenti seçildi (Yenilənib)

Nəticələr Trumpın xeyli irəlidə olduğunu göstərir

Source:


AP-nin son məlumatına görə, hesablamalar D.Trump-ın Viskonsində də qələbə qazandığını, beləliklə 276 səs topladığını göstərdi.

Beləliklə, Donald Trump ABŞ-ın prezidenti seçildi


________________________________________________________________


Nəticələr Trumpın xeyli irəlidə olduğunu göstərir

Amerika Birləşmiş Ştatları 45-ci prezidentini seçir.

Artıq 50 ştatdan 49-unda səsvermə başa çatıb. Nəticələr Trumpın xeyli irəlidə olduğunu göstərir.

Trump-ın ən böyük qələbəsi Ohayo, Şimali Karolina və Floridada səslərin çoxunu əldə etməsi olub.

Klinton Nyu-York, İllinoys və Virciniya, sonra isə Yeni Meksika və Kolorado kimi əhəmiyyətli ştatlarda qələbə qazansa da, Trumpa yaxınlaşa bilməyib.

Azadlıq Radiosunun məlumatına görə, Klinton Pensilvaniyada nəticələri həyəcanla izləyir. Müşahidəçilər onun Pensilvaniyada da geri qalacağını güman edirlər.

Yalnız Alyaskada səsvermə hələ davam edir.

Hazırda ABŞ-da Konqress və Senat üzvləri də seçilir.

Konqresin yuxarı palatasında-Senatda üstünlüyü əldə etməyə çalışan demokratlar bura hələ ki, bir yer qazana biliblər. Respublikaçılar nəzarəti əldə saxlamaq üçün ciddi mübarizə aparırlar.

Respublikaçı senator Mark Kirkin demokrat Tammy Ducksworth-a uduzması nəticəsində demokratların 100 yerlik palatada üstünlüyü əldə etməsinə cəmi 4 yer qalıb.

Səsvermənin yekun nəticələri hələ elan olunmayıb. Amma ABŞ-ın ən böyük telekanalları ABC və NBC respublikaçıların irəlidə olduğunu, Nümayəndələr Palatasında üstünlüyü əldə saxlayacaqlarını xəbər verirlər.

Hazırda respublikaçılar Konqresin hər iki palatasında üstündürlər. Amma Senatda tərəflər arasında fərq çox azdır. Respublikaçılar Pensilvaniya, Şimali Karolina, Florida və Nyu-Hempşirdə yerlərini qoruyub saxlaya biliblər.

Bütün bunlar yeni prezidentin də Konqresdə üstünlük təşkil edən respublikaçılarla işləyəcəyini göstərir. Demokrat prezident Barak Obama 6 ildən çoxdur ona rəqib qanunverici orqanla fəaliyyət göstərir.

Ana səhifəXəbərlərDonald Trump ABŞ-ın prezidenti seçildi (Yenilənib)