“Dolların zəifləməsi Mərkəzi Bankın mesaji kimi təqdim edilməməlidir”

Vüqar Bayramov: “İkili valyuta səbətinə keçiddən sonra manatın kursu birbaşa dünya valyuta bazarındakı dəyişikliklərə uyğunlaşdırılıb”

Source:

“İkili valyuta səbətinə keçiddən sonra manatın kursu birbaşa dünya valyuta bazarındakı dəyişikliklərə uyğunlaşdırılıb”

“Manatın dollara nisbətən məzənnəsinin yüksəlməsi bilavastə dünya bazarında avronun kursunun güclənməsi ilə bağlıdır. Ölkəmizdə məzənnə müəyyənləşdirilən zaman ikili valyuta səbətindən istifadə edildiyi üçün qədim qitənin pulunun vəziyyəti manata birbaşa təsir göstərir”.

Bu sözləri öz Facebook səhifəsində iqtisadçı Vüqar Bayramov yazıb. Onun fikrincə, son günlər avroya nisbətən ciddi dəyər itirən Birləşmiş Ştatlar valyutası milli valyutaya nisbətən də ucuzlaşıb: “O baxımdan, dolların zəifləməsi heç də Mərkəzi Bankın hansısa mesaji kimi təqdim edilməməlidir. Növbəti günlərdə avronun gündəlik məzənnəsində azalma olduğu halda mövcud məzənnə siyasətinə uyğun olaraq manat yenidən dollara nisbətən müqayisəli zəifləyəcək və Avropa valyutasına nəzərən möhkəmlənəcək. Mərkəzi Bank öz xarici valyuta rezervlərinin həcmi barədə açıqlamalar ilə ictimaiyyətə mesaj verir. İkili valyuta səbətinə keçiddən sonra manatın kursu birbaşa dünya valyuta bazarındakı dəyişikliklərə uyğunlaşdırılıb”.

Ana səhifəXəbərlər“Dolların zəifləməsi Mərkəzi Bankın mesaji kimi təqdim edilməməlidir”