Dolların qanunsuz alqı-satqısını həyata keçirən şəxslər saxlanıb

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir

Source:
foto DTX


Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 10 milyonlarla dollar məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirən 3 mütəşəkkil qrup aşkarlayıb.

Bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsi yayıb .

Məlumatda deyilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları – N.Mustafayev, K.Yusubov, E.Aslanov, F.Əliyev, Ə.Rzayev, S.Yusubov, X.Yusubov, E.Eldarov, T.Mirzəliyev, R.Aslanlı və digərləri 2016-cı il dekabrın 27-də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərDolların qanunsuz alqı-satqısını həyata keçirən şəxslər saxlanıb