”Dolların məzənnəsi 1,90-1,95 manatadək qalxa bilər”

”Manatın möhkəmlənməsi üçün siyasi amil qalmayıb”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


‘Manatın möhkəmlənməsi üçün siyasi amil qalmayıb”

“İl sonuna manatı ciddi sınaq gözləyir”, – iqtisadçı Samir Əliyev “Facebook” səhifəsində belə yazıb.

Samir Əliyev manatın il sonuna minimum ilki ilə çıxacağına ümid edir. O, dolların məzənnəsinin 1,80 manat səviyyəsində olacağını düşünür.

Digər iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, dolların məzənnəsi 1,90-1,95 manata qalxacaq.

“Növbədənkənar prezident seçkiləri olmayacağı ilə bağlı açıqlama veriləndən sonra dollar bahalanmağa başladı. Bu günlərdə neft 52-53 dollara qalxdı. Deməli, manatın məzənnəsi iqtisadi məntiqlə bağlı deyil. Aydındır ki, manatın möhkəmlənməsi üçün siyasi amil aradan qalxdı. Bundan sonra dollar 1,90-1,95 manata qədər qalxa bilər”.

3 gündür ki, bəzi banklar dolların satışını məhdudlaşdırıb. Meydan TV əməkdaşı vəziyyəti öyrənmək üçün “Nikoyl Bank”ın Həzi Aslanov metrostansiyası yaxınlığındakı filialına, eləcə də “Əmrahbank”ın bir neçə filialına baş çəkib. Hər iki bankdan satışda dolların olmadığı bildirilib.

“Respublika” bankdan isə Meydan TV-yə deyilib ki, dolların satışı tamamilə dayandırılmayıb: “Maksimum 500 dollar ala bilərsiniz. Ondan artığı satılmır”. “VTB” bankdan isə dolların satışını dayandırdıqlarını söyləyiblər.

Ekspertlər noyabr və dekabrda bankların və şirkətlərin xarici öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar dolların məzənnəsinin bahalaşacağını proqnozlaşdırırdılar.

Ana səhifəXəbərlər”Dolların məzənnəsi 1,90-1,95 manatadək qalxa bilər”