Dolların martın 6-dək olan məzənnəsi açıqlanıb

Manat cuzi bahalaşıb

Source:


Manat cuzi bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 6-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-nin məlumatına görə, USD/AZN rəsmi məzənnəsi 1,7548 səviyyəsində müəyyən olunub.

Sonuncu, martın 2-də keçirilən valyuta hərracında ABŞ dollarının məzənnəsi 1.7551 manat müəyyən olunmuşdu.

Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Yaxın həftələrə qədər manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son hərraclarda yenidən dollar bahalaşır.

Ana səhifəXəbərlərDolların martın 6-dək olan məzənnəsi açıqlanıb