Dolların bahalaşması Həcc ziyarətinin qiymətini artırdı

İkinci dəfə Həcc ziyarətinə gedənlər 550 dollar əlavə ödəyəcək

Source:


İkinci dəfə Həcc ziyarətinə gedənlər 550 dollar əlavə ödəyəcək

2017-ci ildən ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər.

Səudiyyə Ərəbistanı Həcc nazirliyi tərəfindən qoyulan qaydaya əsasən, bir dəfədən çox Ümrə ziyarətinə gedənlər üçün əlavə ödənişlər ləğv edilsə də, Həcc üçün qüvvədə saxlanılıb.

Bu barədə APA məlumat yayıb.

Bildirilir ki, 2016-cı ilin sentyabr ayında Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə ziyarətinə bir dəfədən çox gedənlərin əlavə 500 dollar ödəniş etməli olduqları barədə qərar qəbul etsə də, sonradan bu qayda Ümrə ziyarəti üçün ləğv olunub:

“Qaydalara əsasən, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər 500 ABŞ dolları, üçüncü dəfə və ondan çox gedənlər isə 550 dollar əlavə ödəniş etməli olacaqlar”.

Məlumata əsasən, Qafqaz Müsəlmanları idarəsinin (QMİ) builki Həcc mövsümü ilə bağlı təşkilatı işləri həyata keçirən nümayəndə qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

2016-cı illə müqayisədə bu il Həcc ziyarətinin qiymətində artımın olacağı da qeyd edilib: “Səbəb dolların kəskin bahalaşmasıdır”.

Ötən ilki Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollar olub.

Azərbaycanda Həcc ziyarətinə sənədləri yalnız QMİ həyata keçirir.

Ana səhifəXəbərlərDolların bahalaşması Həcc ziyarətinin qiymətini artırdı