Dolların alış qiyməti yüksəlib

Kommersiya banklarının dolları bahalaşdırdığı deyilir

Source:


Kommersiya banklarının dolları bahalaşdırdığı deyilir

Kommersiya banklarında dolların bahalaşdığı bildirilir.

“Marja” yazır ki, ötən həftənin son iş günü 1 dolları 1.74 manatdan alıb 1.84 manatdan satan “Ata Bank” fevralın 20-si dəyişiklik edib. Bank 1 dolları 1.76 manata alıb, 1.86 manata satıb.

“AmrahBank”ın isə dolların alış qiymətini 1.76 manatdan 1.78 manata, satış qiymətini isə 1.82 manatdan 1.83 manata qaldırdığı qeyd edilir.

Xəbərə görə, əksər kommersiya banklarında dolların alış qiymət yüksəldilib.

Sonuncu hərracda dolların qiymət cüzi bahalaşıb. Halbuki, son 2 həftədə 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü.

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, fevralın 20-də 1 dollar 1.7352 manata bərabərdir.

Ana səhifəXəbərlərDolların alış qiyməti yüksəlib